Ruandada yaşayan 71 yaşındakı Kalitxe Nzamvita adlı kişi qadınlardan qorxduğu üçün 56 ildir ki, tək yaşayır.
NOCOMMENT.az İndia.Today-a istinadən xəbər verir ki, qadınların ona yaxınlaşmasından qorxan kişi karantin vəziyyətində ömür sürür. O hətta evini 15 metr hündürlüyü olan çəpərlə əhatə edib.
Elmi adı ginefobiya olan xəstəlikdən əziyyət çəkən Kalitxe qadınları görəndə panik atak keçirir, tərləyir, ürək döyüntüsü artır və tənəffüs çatışmazlığı yaşayır.
O, bir müsahibədə bunları deyib: “Özümü bura həbs etmişəm. Evimin ətrafında hündür bir çəpər var. Çünki qadınların mənə yaxınlaşmasını istəmirəm”.