Qan donduran hadisə:3 qardaşı ov tüfəngi ilə öldürdübackend

Qan donduran hadisə:3 qardaşı ov tüfəngi ilə öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artvinin Şavşat rayonunda S.Y. (41) düşmən qonşuları olan üç qardaş Turqut Dəmirpehlivan (59), Hükmiye Çimen (70) və Leyla Yılmazı (65) ov tüfəngi ilə atəş açaraq öldürüb.

NOCOMMENT.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,hadisə axşam saatlarında Şavşat rayonunun Çavdarlı kəndində baş verib.

Əvvəllər düşmənçilik etdikləri deyilən qonşular arasında mübahisə düşüb. Mübahisədən sonra S.Y. evdən götürdüyü ov tüfəngi ilə qardaş olduqları deyilənTurqut Demirpehlivan, Hükmiye Çimen və Leyla Yılmaza atəş açıb.

Üç qardaş qanlar içində olarkən,hadisə yerinə dərhal sağlamlıq və jandarma qrupları gəlib. Sağlamlıq qrupları tərəfindən aparılan müayinədən sonra 3 qardaşın da hadisə yerində öldüyü müəyyən edilib.
Üç qardaşın cəsədi prokurorluq və jandarma tərəfindən hadisə yerində müayinə olunduqdan sonra yarılma üçün Ədliyyə Tibb İnstitutuna göndərilib.

Hadisədən dərhal sonra S.Y. saxlanılıb.