Qan şəkərini tənzimləyir! Bu qida təbii insulindirbackend

Qan şəkərini tənzimləyir! Bu qida təbii insulindir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəkər bu gün tez-tez rast gəlinən insanın həyat keyfiyyətini azaldan ciddi bir xəstəlikdir. Sağlıqsız qidalanma nəticəsində meydana gələn piylənmə və diabet xəstəlikləri, yemək vərdişlərini tənzimləyərək nəzarət altına alına bilər.

NOCOMMENT.az xəbər verir ki, bir çoxlarının yeməkləri ləzzətləndirmək, şəfa vermək üçün istifadə etdiyi sumağın inanılmaz faydaları var. Turş dadı olan sumaq limon olmadıqda alternativ olaraq istifadə olunur. Tədqiqatlarda limon kimi sumağın da antioksidan xüsusiyyətlərə sahib olduğu müşahidə edilib. Eyni zamanda mütəxəssislər dərman istifadə etmədən yuxarı tənəffüs yolları xəstəliklərinin sumaq suyu ilə müalicə edilə biləcəyini vurğulayıblar.

Sumaq:
-Qanda insulinin səviyyəsini tarazlaşdırır. Məhz buna görə də diabet və yüksək təzyiq xəstələrinin istehlak etməli olduğu qidalar arasındadır.

-Antioksidan təsiri sayəsində üst tənəffüs xəstəliklərində qəflətən meydana gələn yüksək temperaturu azaltmaqla beyin sağlamlığını qoruyur.

-Həftədə bir dəfə istehlak edilən bir stəkan sumaq suyu sinir sistemində deformasiya olmuş hüceyrələrin sayını azaltmaqla sağlam hüceyrələrin artmasına kömək edir. Bundan başqa yorğunluq, stress və depressiya kimi narahatlıq riskini azaldır.

-Qida zəhərlənməsi zamanı sumaq ədviyyatını qaynatmaq və bir stəkan içmək faydalı olacaq. Həm mədənizi, həm də bağırsaqlarınızı təmizləyəcək.

-Eyni zamanda sumaq suyu həzmi tənzimlədiyindən arıqlamaq üçün istifadə edilə bilər.

-Gün ərzində yarım çay stəkanı sumaq suyu içmək həzmsizlik və şişkinliyin qarşısını alır.

-İştahsızlıq problemi yaşayan uşağınızın ayda bir dəfə sumaq suyu içməsi də faydalıdır. Bu, uşağınızın bədən müqavimətini artırmaqla yanaşı, iştahını açaraq daha sağlam qidalanmasına kömək edir.

-Sumaq dırnaq altında meydana gələn dolamanı sağaltmaq üçün istifadə oluna bilər. Sirkə və balı qaynar sumaq suyuna əlavə edin və yaxşı qaynadın. Bu qarışığı bir gün gözlədikdən sonra dolamanın üzərinə tətbiq edin.

-Bərpaedici xüsusiyyəti sayəsində dəri və saçlara da xeyirlidi. Qaynadılmış sumaq suyundan tonik kimi də istifadə edə bilərsiniz. Səhər və axşam müntəzəm olaraq istifadə etdiyiniz bu su, sızanaq və səpkilərin yaranmasının qarşısını alır və yaşlanmanı gecikdirir.

Jalə Bədirova

NOCOMMENT.az