“Qarabağ” Azərbaycan çempionatında yeni rekorda İMZA ATDIbackend

“Qarabağ” Azərbaycan çempionatında yeni rekorda İMZA ATDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.

NOCOMMENT.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi eyni rəqiblə oyunlarda ən çox qol vuran komanda olub.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Premyer Liqanın XVII turunda “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlib.

Matçdakı sonuncu qolun müəllifi olan Hamidu Keyta “Qarabağ”ın Azərbaycan derbisindəki 120-ci qoluna imza atıb. Ağdam təmsilçisi bu göstəriciyə 93-cü matçda çatıb.

Bu görüşədək rekord “Neftçi”yə məxsus idi. Bakılılar “Şamaxı” ilə qarşılaşmalarda 119 qol vurub.