Qarabağ erməniləri Azərbaycan vətəndaşlarının malik olduğu bütün imtiyazlardan istifadə edəcəkbackend

Qarabağ erməniləri Azərbaycan vətəndaşlarının malik olduğu bütün imtiyazlardan istifadə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əslində, onlar Qarabağ məsələsini Azərbaycan-Ermənistan münasibətlərindən ayırmağa çalışmırlar. Sadəcə olaraq, bunlar Ermənistan tərəfindən ortaya atılan termin oyunlarıdır”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Oktay Qasımov deyib.

Politoloq Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Qarabağ məsələsi bizim üçün ərazi məsələsi deyil və Baş nazir Nikol Paşinyan da Milli Məclisdəki çıxışında vurğulayıb ki, onun Qarabağ məsələsini Azərbaycan-Ermənistan münasibətlərindən ayırmaq ideyası var” açıqlamasına münasibət bildirib.

Öz növbəsində O.Qasımov əlavə edib:

“Bir tərəfdən, Armen Qriqoryan, Baş nazir Nikol Paşinyan və digər hakimiyyət komandasının üzvləri bildirirlər ki, guya 1991-ci ildə MDB-yə daxil olarkən hər iki ölkə bir-birinin ərazi bütövlüyünü qəbul edib və tərəflər bir-birinə ərazi iddiasında olmayıblar. Onlar bildirirlər ki, qanunvericilik səviyyəsində də bu məsələlər öz həllini tapıb”.

Müsahibimiz onu da vurğulayıb ki, Ermənistan hakimiyyəti üçün prioritet olan məsələlərdən biri də Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizlik məsələsidir:

“Bu da, əslində, başqa bir formada Azərbaycana ərazi iddiası və Azərbaycanın daxili işlərinə qarışmaq hərəkətidir. Çünki, əgər siz Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh müqaviləsini bağlanmasını mümkün hesab edirsinizsə, eləcə də Azərbaycanın irəli sürdüyü təkliflərlə razılaşmısınızsa, buna da əməl etməlisiniz. Azərbaycan irəli sürdüyü təkliflər konkretdir: 1. Ərazi bütövlüyünün tanınması; 2. Bundan sonrakı dövrdə qarşılıqlı ərazi iddialarının irəli sürülməməsi və 3. Hüquqi öhdəliklərin götürülməsi və digər məsələlər”.

Siyasi şərhçi iddia edib ki, Armen Qriqoryanın irəli sürdüyü bu tezis heç də Ermənistanın Azərbaycana qarşı ərazi iddiasında olmadığı anlamına gəlmir:

“Biz də bu məsələlərə dəqiq baxmalıyıq. Bu baxımdan, əlbəttə ki, gələcəkdə Qarabağ məsələsinə ayrıca baxılması kimi bir anlam yoxdur. Azərbaycan tərəfinin bəyan etdiyi mövqe ondan ibarətdir ki, Qarabağ məsələsi Azərbaycan üçün bitib. Hə, orada təxminən 25-30 min erməni millətindən olan insanlar yaşayır ki, onlara da zamanla Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaq imkanları yaradılacaq, onlara Azərbaycan vətəndaşı statusu veriləcək və onlar Azərbaycan vətəndaşlarının malik olduğu bütün hüquq və imtiyazlardan istifadə edəcəklər. Azərbaycanın təklifi açıq və netdir. Sadəcə olaraq, bu, bir daha qeyd edirəm ki, termin oyunundan başqa bir şey deyil”.