Qarabağ-ın növbəti rəqibi müəyyənləşdibackend

Qarabağ-ın növbəti rəqibi müəyyənləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” komandasının UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsindəki rəqibi bəlli olub.

NOCOMMENT-in məlumatına görə, Ağdam təmsilçisi bu raundda Norveçin “Mölde” klubu ilə üz-üzə gələcək. Ölkə çempionu matçını evdə keçirəcək.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları sentyabrın 15-16-da gerçəkləşəcək.

Xatırladaq ki, “Qarabağ” ÇL-in I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi “Sileks”i 4:0, Moldova “Şerif”ini 2:1 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb.

“Molde” evdə Finlandiya “KuPS”unu 5:0, daha sonra Sloveniyada “Tselye”ni 2:1 hesabı ilə üstələyib.