Dünyada vəziyyət elə qarışıb ki, sığınacaqlar insanları müəyyən təsirlərdən qorumaq üçün istifadə olunur.
Müasir şəhərsalmada sığınacaqlar necə qurulmalıdır?
NOCOMMENT.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, sığınacaqlar fövqaladə hallarda istifadə olunur. Sığınacaqları tikmək üçün möhkəm inşaat materiallarından istifadə olunur.
Memar Cahid Həsənovun sözlərinə görə, hazırda sığınacaqlar var:
“Dünyada baş verən geosiyasi hadisələr fonunda sığınacaq məsələsi daim aktualdır. Metro tunelləri ilə yanaşı hazırda müasir binaların tikintisində qaraj kimi istifadə olunan mərtəbələr qısa müddətdə sığınacağa çevrilə bilər. Mütləq deyil ki, sığınacaqlar yerin altında olsun. Güclü konstruksiya baxımından möhkəmliyi olub, yerüstü də ola bilər. Sığınacaq insanların bütün ehtiyaclarını ödəyəcək hər şey olmalıdır”.
Qeyd edək ki, sığınacaqlardan ilk dəfə Birinci Dünya Müharibəsi zamanı istifadə edilib.\\milli.az










