Qaralovların külli miqdarda vergi borcu üzə çıxdı – Yaxın adamları həbs olundubackend

Qaralovların külli miqdarda vergi borcu üzə çıxdı – Yaxın adamları həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zakir Qaralovun biznesini idarə edən Rəsul Orucov həbs edilib.

NOCOMMENT.az xəbər verir ki, 03 fevral 2022-ci il Yasamal rayon məhkəməsinin qərarı ilə Ağstafa Aqrar Sənaye Kompleksinin Müşahidə Şurasının sədri Rəsul Orucov barəsində həbs seçilib

Vergi Xidmətinin istintaqında şirkət rəhbəri vergi cinayətlərində, milyonlarla dövlət vergisini ödəməkdən yayınmaqda ittiham olunur.

Qeyd edək ki, Ağstafa Aqrar Sənaye Kompleksi MMC-nin təsisçisi Qaralov Raul Zakir oğludur. Rəsul Orucov eyni zamanda Ağstafa və ətraf rayonlarda keçmiş Baş prokurorun “təmsilçisi” kimi tanınırdı.

Bu fakt həm də o deməkdir ki, vergi borcuna görə məsuliyyət Qaralovlar ailəsinin üzərindədir.Gununsesi.info