Qasparyan açıqlama yaydı: Hələlik…backend

Qasparyan açıqlama yaydı: Hələlik…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan açıqlama yayıb.

NOCOMMENT yeniavaz-a istinadla xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Qasparyanın öz vəzifəsinə hələlik davam etdiyini bildirib: “Prezident Armen Sarkisyanın Konstitusiya Məhkəməsinə müraciətindən 8 gün sonraya qədər vəzifəsini icra etməyə davam edəcək”.

Qeyd edək ki, Ermənistan qanunlarına görə, prezident Konstitusiya Məhkəməsində fərmana etiraz edə bilməz. Bu səbəbdən də o, Qasparyanı vəzifədə saxlamaq üçün “Hərbi xidmət və hərbi qulluqçu statusu haqqında qanuna” etiraz etmək qərarına gəlib.

Məlumat üçün deyək ki, Ermənistan baş nazirinin fərmanına görə Sarkisyan tərəfindən bildirilən etiraz müddəti 2 gündən sonra bitir. Əgər qanunda heç bir dəyişiklik olmasa, Qaparyan 2 gündən sonra vəzifəsindən azad ediləcək.