Qaz kəmərinin zədələnməsi nəticəsində 2300 abonent qazsız qalıbbackend

Qaz kəmərinin zədələnməsi nəticəsində 2300 abonent qazsız qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabadda qazıntı aparılan zaman qaz kəmərinin zədələnməsi nəticəsində 2300 abonent “mavi yanacaq”sız qalıb.

NOCOMMENT.az AZƏRTAC-a istinadən verir ki, internet xətləri çəkən podratçı şirkət tərəfindən qazıntı aparılarkən yeraltı qaz kəmərinin zədələnməsi nəticəsində Cəlilabad rayonundakı “Günəşli” qazpaylayıcı stansiyadan qidalanan Təzəkənd, Üçtəpə və Cəfərxanlı kəndlərində 2300 abonentin “mavi yanacaq”la təchizatı dayanıb.

Hazırda ərazidə bərpa işləri görülür.