Qazaxın 7 kəndi və Kərki ilə bağlı yeni xəbərbackend

Qazaxın 7 kəndi və Kərki ilə bağlı yeni xəbər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan arasında davam edən sərhəd delimitasiyası çərçivəsində ən mühüm məsələlərdən biri anklav formada Ermənistan ərazisində qalan və işğal olunan Qazaxın 7 kəndi və Sədərək rayonunun Kərki kəndinin qaytarılması ilə bağlıdır. Coğrafi və strateji olaraq bu kəndlərin əhəmiyyəti olduqca böyükdür və Aazərbaycan tərəfi sərhəd danışıqlarında bu tələbini mütləq yeniləməlidir.

NOCOMMENT.az xəbər verir ki, bunu mövzu ilə bağlı Referans.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

“Bu məsələlər sərhəd delimitasiyası başa çatdıqdan sonra müzakirə olunacaq. Burada təbii ki, xəritə üzrə tələblər ortaya qoyulacaq, çünki hansısa ölkənin suveren ərazisi ilə bağlı kimsə iddia ortaya qoya bilməz. Bu məsələ geniş müzakirə olunacaq, hər halda Azərbaycan öz tələblərini yeniləməlidir. Eyni zamanda Ermənistan da hər iki tərəfin qəbul etdiyi xəritə üzrə hansısa ərazi olacaqsa, o məsələdə israr edəcək. Biz çalışmalıyıq ki, bu məsələdə bizə lazım olan uğuru əldə edək. Hər hansı bir artıq ərazi götürmək kimi də niyyətimiz zatən yoxdur. Beynəlxalq hüquqla tanınan sərhədlərin hüdudlarından kənarda əraziyə iddiamız qətiyyən yoxdur. Amma xəritədə hüquqi olaraq bizim anklav olaraq göstərilən ərazilərimizi mütləq şəkildə tələb etməliyik. Təbii ki, Ermənistanın da bu istiqamətdə tələbləri olacaq. Ola bilsin ki, real vəziyyəti nəzərə alıb hər hansısa dəyişikliyə də getmək mümkündür. Hər halda bu məsələ o zaman daha dəqiq müəyyən olunacaq”.