Qazaxıstanda daşqınlar səbəbindən əhali təxliyə edilirbackend

Qazaxıstanda daşqınlar səbəbindən əhali təxliyə edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın bəzi vilayətlərində daşqınlar nəticəsində təxliyə edilənlərin sayı 10,5 min nəfərə çatıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Türküstan, Aktobe, Kostanay, Qərbi Qazaxıstan, Akmola, Ulytau və Abay vilayətlərində 10 587 nəfər xilas edilərək təxliyə edilib, onlardan 5 101 nəfəri uşaqdır. Müvəqqəti yerləşdirmə mərkəzlərində 5497 nəfər var”, – məlumatda deyilir.

Xilasetmə əməliyyatlarına 6 mindən çox canlı qüvvə və 3 minə yaxın texnika cəlb olunub.