Qazaxıstanda eks-nazir arvadına işgəncə vermək və onu öldürməkdə ittiham olundubackend

Qazaxıstanda eks-nazir arvadına işgəncə vermək və onu öldürməkdə ittiham olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayev işgəncə və son dərəcə amansızlıqla qətlə yetirməkdə ittiham olunub.

NOCOMMENT.az Qaynarinfo -ya istinadən xəbər verir ki,bu barədə yerli “Vlast” nəşri Qazaxıstan Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Bədənində çoxlu qançırlar aşkarlanan arvadının ölümündən sonra keçmiş məmur saxlanılıb.

Noyabrda Astanada BAU restoranında müştərilər arasında dava düşüb. Nəticədə qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Sonradan məlum olub ki, bu, Kuandıq Bişimbayevin 31 yaşlı həyat yoldaşı Saltanat Nukenovadır.

“Astana Şəhər Polis İdarəsi keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevə qarşı Cinayət Məcəlləsinin iki maddəsi – 110-ci maddənin 2-ci hissəsi (işgəncə) və 99-cu maddənin 2-ci hissəsi (xüsusi amansızlıqla törədilmiş qətl) ilə ibtidai istintaqı başa çatdırıb”, – “Vlast” nəşrinin sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyindən bildirilib.

Daxili İşlər Nazirliyindən əlavə olaraq bildirilib ki, sabiq nazirin qardaşına qarşı cinayəti gizlətmə və xəbər verməmə maddələri ilə istintaq başa çatıb.
Mərhumun bədənində hematomalar aşkar edilib. Qadının yaxınları ərinin onu bir neçə saat döydüyünü iddia edib. Nukenovanın qardaşının sözlərinə görə, Kuandıq Bişimbayevin qohumu qadının öldüyünə əmin olduqdan sonra təcili yardım çağırıb.

Kuandıq Bişimbayev 2016-cı ilin may-dekabr aylarında Qazaxıstanın milli iqtisadiyyat naziri olub. 2018-ci ildə məhkəmə onu rüşvətxorluq və büdcə vəsaitlərini oğurlamaqda ittiham edərək on il müddətinə azadlıqdan məhrum edib. Onun yüksək dövlət vəzifələrində işləməsi də qadağan edilib, əmlakı müsadirə edilib.