Qəbələdə hotel kompleksinin tikintisi dayandırıldı, ərazi satışa çıxarıldı – FOTObackend

Qəbələdə hotel kompleksinin tikintisi dayandırıldı, ərazi satışa çıxarıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələ rayonunda hotel kompleksli istirahət mərkəzinin tikintisi dayandırılıb.

NOCOMMENT.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, inşaat işləri yarımçıq dayandırılan mərkəz rayonun Vəndam qəsəbəsində, Yeddi Gözəl şəlaləsinin yanında yerləşir.

Hotel layihəyə uyğun olaraq yeri qazılaraq bünövrəsinin qoyulması üçün hazır vəziyyətə gətirilib. Bununla yanaşı, kompleksə məxsus 26 ədəd kiçik evlərin isə bünövrəsi artıq qoyulub.

1,5 hektardan çox ərazidə tikintisi aparılan kompleks dörd tərəfdən hasarlanıb.

Kompleksin kimə aid olması və tikinti işlərinin dayandırılmasının səbəbi məlum deyil.

Amma hazırda ərazi sahibi tərəfindən satışa çıxarılıb. Hotel kompleksli istirahət mərkəzi 3 500 000 manata təklif olunur.