Qəza nəticəsində ağır xəsarət alan şəxs xəstəxanada ölübbackend

Qəza nəticəsində ağır xəsarət alan şəxs xəstəxanada ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Goranboy rayon Safıkürd kəndində baş vermiş qəzada ağır xəsarət alan digər şəxs də dünyasını dəyişib.

NOCOMMENT-in məlumatına görə, minik avtomobilinin ağaca çırpılması nəticəsində ağır xəsarət alan, 20 yaşlı Əli Məmmədov yerləşdirildiyi Goranboy rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, qəza nəticəsində daha bir nəfər, 27 yaşlı Samir Xanlarov hadisə yerində keçinib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.