Qəzzada bütün xəstəxanalar iki gün ərzində bağlana bilərbackend

Qəzzada bütün xəstəxanalar iki gün ərzində bağlana bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Fələstinin Səhiyyə Naziri May əl-Keyla bildirib ki, Qəzza zolağında fəaliyyət göstərən bütün xəstəxanalar yanacaq tədarükü alınmasa, iki gün ərzində bağlana bilər. Bu barədə Əl-Ərəbiyyə telekanalı məlumat yayıb.

“Əgər 48 saat ərzində yanacaq verilməsə, Qəzza zolağındakı bütün xəstəxanalar fəaliyyətini dayandıracaq. Hazırda 25 xəstəxana yanacaq çatışmazlığı və ya atəşə məruz qaldığı üçün öz xidmətlərini göstərməyi dayandırıb, cəmi 10 xəstəxana qalıb”, – deyə əl-Keyla bildirib.

Qeyd olunur ki, “Əl-Şifa” tibb kompleksi İsrail hərbçiləri tərəfindən mühasirəyə alınıb. Hazırda tibb müəssisəsinin rəhbərliyi təxliyə ilə bağlı qərar qəbul etməyə hazırlaşır.