Qəzzada səhiyyə sistemi çökübbackend

Qəzzada səhiyyə sistemi çöküb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Dünya Səhiyyə Təşkilatının mütəxəssisi Sin Keysi deyib.

NOCOMMENT.az xəbər verir ki, o, Qəzzada 5 həftə qaldığını, burada 36 xəstəxanadan yalnız 16-nın fəaliyyət göstərdiyini söyləyib.

Keysi, humanitar təşkilatların öz işlərini yerinə yetirməsi və lazımi ləvazimatları çatdıra bilməsi üçün atəşkəsə ehtiyac olduğunu vurğulayıb:

“Hələ də işlək vəziyyətdə olan xəstəxanalara kritik dərmanlar, tibbi istehlak materialları, yanacaq çatdırmağa çalışırıq. Xəstələrin tələbatını ödəmək üçün əlavə tibb işçiləri, həkimlər və tibb bacılarını bölgəyə səfərbər etmək cəhdlərimiz davam edir. Ancaq bunları edərkən bir çox problemlə üzləşirik. Məsələn giriş və təhlükəsizlik məhdudiyyətləri kimi”.