Qırğız liderin Ərdoğana inanılmaz “HƏDİYYƏSİ” – Avropa narahatdır – FOTObackend

Qırğız liderin Ərdoğana inanılmaz “HƏDİYYƏSİ” – Avropa narahatdır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FETÖ terror təşkilatının Mərkəzi Asiya üzrə məsul şəxsi Orhan İnandının Qırğızıstanda həbs edilərək Türkiyəyə gətirilməsi ilə bağlı bəzi detallar məlum olub.

NOCOMMENT.az-ın məlumatına görə, Metbuat.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, Orhan İnandı Qırğızıstan prezidenti Sadır Japarovun Ankaraya səfərindən 1 həftə əvvəl həbs edilərək Türkiyəyə gətirilməsi diqqət çəkir. Bildirilir ki, səfərdən əvvəl mətbuat Caparovun Türkiyəyə “hədiyyə” ilə gələcəyini yazırdı. Lakin “hədiyyə”nin nədən ibarət olduğu məlum deyildi. İndi məlum olur ki, bu “hədiyyə” Türkiyə üçün həbs edilməsi böyük önəm kəsb edən Orhan İnandıdır.
Məlumata görə, FETÖ terrorçusunun həbs edilməsi üçün Qırğızıstanın və Türkiyənin kəşfiyyat idarələri birgə işləyib. Almaniya və bəzi qərb ölkələri Orhan İnandının həbsinə görə Qırğızıstan tərəfinə narahatlığını ifadə edib.

Qeyd edək ki, Caparov Türkiyəyə ötən ayın 9-da səfər edib.