Qırmızı bülletenlə axtarılan terrorçu MƏHV EDİLDİbackend

Qırmızı bülletenlə axtarılan terrorçu MƏHV EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin təhlükəsizlik qüvvələri uğurlu antiterror əməliyyatı keçirib.

NOCOMMENT xəbər verir ki, əməliyyat nəticəsində “Berxvedan Muş” ləqəbli təhlükəli terrorçu zərərsizləşdirilib.

PKK sıralarındakı qanunsuz fəaliyyətinə görə 2012-ci ildə Türkiyədə həbs olunan “Berxvedan Muş” qısa müddət sonra sərbəst buraxılıb.

O 2013-cü ildə yenidən PKK təşkilatının sırasına qoşulub.

Bir sıra terror cinayətlərində ittiham olunan “Berxvedan Muş” 2019-cu ildən başlayaraq Suriyanın Aynularab bölgəsində PKK-nın tunelqazma kimi qanunsuz işlərinə rəhbərlik edib.