Qırmızı dənizdə hərbi əməliyyat keçiriləcəkbackend

Qırmızı dənizdə hərbi əməliyyat keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Qırmızı dənizdə il ərzində davam edən “Aspides” (“Qalxanlar”) hərbi əməliyyatına başlayacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS-a Aİ-nin nümayəndəsi bildirib.

“Əməliyyatın bir il ərzində məqsədlərinə çatacağı gözlənilir”.

Fevralın əvvəlində məlum olub ki, Qırmızı dənizdə təhlükəsiz naviqasiyanın təmin edilməsi üzrə Aİ missiyasının taktiki komandanlığı İtaliyaya verilib.

Bundan əvvəl Aİ diplomatiya rəhbəri Cozep Borrel bildirib ki, Aİ ölkələrinin Qırmızı dənizin cənubunda gəmiləri Yəmənin “Ənsar Allah” hərəkatının (husilər) hücumlarından qorumaq üçün dəniz missiyası müdafiə xarakterli olacaq.

Onun sözlərinə görə, Aİ quruda hər hansı əməliyyat keçirməyi planlaşdırmır.