Qubad İbadoğlunun həbs müddəti uzadıldıbackend

Qubad İbadoğlunun həbs müddəti uzadıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı növbəti dəfə məhkəməyə müraciət edilib.

NOCOMMENT.az xəbər verir ki, “qafqazinfo”nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsi təqdimatı əsaslı hesab edib.

Qərara əsasən, Q.İbadoğlunun həbsdə saxlanılma müddəti mayın 20-nə kimi uzadılıb.

Qeyd edək ki, Qubad İbadoğlu 7 aydır həbsdədir. O, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham edilir.