Qvineyada dövlət çevrilişinə cəhd olubbackend

Qvineyada dövlət çevrilişinə cəhd olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qvineya Respublikasında dövlət çevrilişinə cəhd edilib.

NOCOMMENT.az report.az-a istinadən xəbər verir ki, bu barədə “Jeune Afrique” jurnalı məlumat yayıb.

“Reuters” agentliyi isə xəbər verib ki, hərbçilər Qvineyanın paytaxtı Konakridə prezident sarayının qarşısındadır. Konakrinin şimalından hökumət sarayına, prezident sarayının yerləşdiyi yerə gedən yeganə avtomobil yolu əsgərlər tərəfindən blokadaya alınıb.

Bundan əvvəl Konakrinin hökumət məhəlləsində atışma səslərinin eşidildiyi barədə məlumat yayılmışdı.