Ramin Bayramlı şeir yazmağa başladı – Sən olmadan, canım, canım…backend

Ramin Bayramlı şeir yazmağa başladı – Sən olmadan, canım, canım…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) keçmiş sədri Ramin Bayramlı bədii yaradıcılığa başlayıb.

NOCOMMENT.az xəbər verir ki, həkim mikrobioloq hazırda Azərbaycan Tibb Universitetinin (ATU) Tibbi mikrobiologiya və immunologiya kafedrasında dosent vəzifəsində çalışır.

O, elmi-tibbi fəaliyyətlə yanaşı paralel olaraq bədii yaradıcılıqla da məşğul olur.

TƏBİB-in sabiq sədrinin bədii yaradıcılığa başlaması isə onun Türkiyənin Cümhuriyyət bayramına həsr etdiyi “Canım, canım, Türkiyem” şeiri ilə məlum olub.

Müəllif şeirdə ulu türk sultanlarını, Türkiyəni və onun qurucularını mədh edib.

Qeyd edək ki, Ramin Bayramlı 2019-2021-ci illərdə TƏBİB-in sədri vəzifəsində çalışıb (İqtisadiyyat.az).