Tibb Universitetində absurd: İnşaat şirkətindən 88 minlik hədiyyə alacaqbackend

Tibb Universitetində absurd: İnşaat şirkətindən 88 minlik hədiyyə alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Tibb Universiteti (ATU) “Progress İnşaat EN” MMC-dən 88 146 manatlıq hədiyyə alacaq.

NOCOMMENT.az Valyuta.az-a istinadən xəbər verir ki,şirkət bununla bağlı ATU-nun elan etdiyi tenderin qalibi seçilib.

Şərtlər toplusundan məlum olur ki, universitetin alacağı hədiyyələrə bloknot, qələm, qələm üçün qutu, karandaş dəsti, flayşkart, fincan, armudu stəkan dəsti, suvenir boşqab, paket və qovluqdan ibarətdir.

“Proqress İnşaat EN” MMC haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinməsə də, adından da göründüyü kimi inşaat şirkətidir.

Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilən elanlardan da görünür ki, şirkətin qalib gəldiyi tenderlər əsasən təmir-tikinti işləri ilə bağlıdır.

Şirkət bundan əvvəl ATU-nun da təmir işləri ilə bağlı tenderinin qalibi olub.

Belə aydın olur ki, inşaat şirkəti həm də dəftərxana ləvazimatlarının satışını həyata keçirir. Bu bir qədər inandırıcı görünmür.