İspaniyanın nəhəng klublarından “Real Madrid”in yarımmüdafiəçisi Eduardo Kamavinqa gələcəyi ilə bağlı mövqeyini müəyyənləşdirib.
NOCOMMENT.az xəbər verir ki, məlumata görə, fransalı futbolçu son vaxtlar yayılan transfer iddialarına və klub daxilində onun satıla biləcəyi ilə bağlı xəbərlərə baxmayaraq, komandadan ayrılmaq fikrində deyil. O, yay transfer pəncərəsində gələcək bütün təklifləri geri çevirməyə hazırlaşır.
23 yaşlı oyunçu karyerasını Madriddə davam etdirməkdə qərarlıdır və əsas heyətdəki mövqeyini yenidən möhkəmləndirmək üçün daha çox çalışmaq niyyətindədir.
Qeyd edək ki, Kamavinqa 2021-ci ildən “Real Madrid” formasını geyinir. O, bu mövsüm müxtəlif turnirlərdə keçirdiyi 39 qarşılaşmada 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.









