ReAL-ın təmsilçisi MSK-nın siyahısına salınmadıbackend

ReAL-ın təmsilçisi MSK-nın siyahısına salınmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parlamentdə azlıq təşkil edən siyasi partiyaların Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizədlərinin siyahısı dəyişib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, ReAL Partiyasının namizədi Mətin Rəhimlinin adı siyahıda qeyd olunmayıb.

Sənədə Azərbaycan Demokratik Maarifçilik Partiyasının namizədi İlkin Şahbazovun adı daxil edilib.

Qeyd edək ki, parlamentdə azlıq təşkil edən siyasi partiyaların namizədləri aşağıdakılardır:

Böyük Quruluş Partiyası (BQP) – Bəxşeyiş Əsgərov;
Ana Vətən Partiyası (AVP) – Etibar Quliyev;
Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) – İlkin Şahbazov;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) – Mikayıl Rəhimli;
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) – Almas Qəhrəmanlı;
Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) ilə birgə Vətəndaş Birliyi Partiyasının (AVBP) namizədi – Tofiq Həsənov;
Ehtiyat üzv – Niyaməddin Orduxan.