Reanimasiyadakı xəstələrin sayı azaldıbackend

Reanimasiyadakı xəstələrin sayı azaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 15-nə olan statistik göstəriciləri açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu gün 6 921, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar isə ümumilikdə 1 020 029 test aparılıb.

Məlumata görə hazırda ölkədə 1 953 nəfər aktiv koronavirus xəstəsi var. Onlardan 111 nəfər reanimasiyada, 10 nəfər isə süni tənəffüs cihazındadır. Ötən gün bu rəqəmlər müvafiq olaraq 115 və 12 idi.

Ümumilikdə 38 517 nəfər virusa yoluxub, 35 998 nəfər sağalıb, 566 nəfər vəfat edib.

Qeyd edək ki, bu gün 114 koronavirusa yoluxma faktı qeydə alınıb, 138 nəfər sağalıb, 2 nəfər ölüb.