229-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı

229-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 229-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 318 təyyarəsi, 159 helikopteri, 2 188 PUA-sı, 379 zenit-raket kompleksi, 5 604 tank və digər zirehli texnikası, 866 reaktiv yaylım atəş sistemi, 3 462 artilleriya və minaatanı, 6 463 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.