230-cu gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

230-cu gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 63 110 (+240) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 504 (+9) tank, 5 162 (+13) zirehli döyüş maşını, 1 496 (+10) artilleriya sistemi, 353 reaktiv yaylım atəşi sistemi, 181 hava hücumundan müdafiə sistemi, 268 (+1) təyyarə, 235 helikopter, 1 114 (+17) PUA, 295 (+46) qanadlı raket, 15 gəmi, 3 916 (+8) avtomobil texnikası və avtosistern, 136 xüsusi texnikadan ibarətdir.