Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 63 380 (+270) hərbçisi məhv edilib.
NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 505 (+1) tank, 5 181 (+19) zirehli döyüş maşını, 1 507 (+11) artilleriya sistemi, 355 (+2) reaktiv yaylım atəşi sistemi, 182 (+1) hava hücumundan müdafiə sistemi, 268 təyyarə, 235 helikopter, 1 129 (+15) PUA, 315 (+20) qanadlı raket, 15 gəmi, 3 927 (+11) avtomobil texnikası və avtosistern, 136 xüsusi texnikadan ibarətdir.












