232-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

232-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 232-ci günü üçün Ukrayna ordusunun itkiləri barədə məlumatı yeniləyib.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 321 təyyarəsi, 161 helikopteri, 2 211 PUA-sı, 380 zenit-raket kompleksi, 5 720 tank və digər zirehli texnikası, 868 reaktiv yaylım atəş sistemi, 3 467 artilleriya və minaatanı, 6 501 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.