236-cı gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

236-cı gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 65 320 hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 537 tank, 5 205 zirehli döyüş maşını, 1 599 artilleriya sistemi, 366 reaktiv yaylım atəşi sistemi, 187 hava hücumundan müdafiə sistemi, 268 təyyarə, 242 helikopter, 1 241 PUA, 316 qanadlı raket, 16 gəmi, 3 969 avtomobil texnikası və avtosistern, 144 xüsusi texnikadan ibarətdir.