Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 99 230 (+430) hərbçisi məhv edilib.
NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 995 (+7) ədəd tank, 5 974 (+5) ədəd zirehli döyüş maşını, 1 960 (+7) ədəd artilleriya sistemi, 410 ədəd reaktiv yaylım atəş sistemi, 212 hava hücumundan müdafiə sistemi, 281 ədəd hərbi təyyarə, 266 (+2) ədəd helikopter, 4 599 (+7) ədəd avtomobil texnikası, 1 680 (+23) ədəd PUA, 653 qanadlı raket, 16 gəmi/qayıq, 177 (+2) xüsusi texnikadan ibarətdir.












