Rusiya müharibənin 301-ci günü üçün Ukrayna ordusunun itkiləri barədə məlumatı yeniləyib.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 348 təyyarəsi, 187 helikopteri, 2 691 PUA-sı, 399 zenit-raket kompleksi, 7 179 tank və digər zirehli texnikası, 932 reaktiv yaylım atəş sistemi, 3 696 artilleriya və minaatanı, 7 693 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.












