301-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

301-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 99 740 (+510) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 002 (+7) ədəd tank, 5 979 (+5) ədəd zirehli döyüş maşını, 1 972 (+12) ədəd artilleriya sistemi, 412 (+2) ədəd reaktiv yaylım atəş sistemi, 212 hava hücumundan müdafiə sistemi, 282 (+1) ədəd hərbi təyyarə, 267 (+1) ədəd helikopter, 4 608 (+9) ədəd avtomobil texnikası, 1 688 (+8) ədəd PUA, 653 qanadlı raket, 16 gəmi/qayıq, 178 (+1) xüsusi texnikadan ibarətdir.