Malatyada binanın dağılması nəticəsində 4 azərbaycanlı tələbə dağıntılar altında qalıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov ARB 24-ə müsahibəsində bildirib.
Səfir deyib ki, günortaya yaxın tələbələrin dağıntılar altından çıxarılması üçün qazıntı işləri aparılırdı, lakin yaxınlıqdakı iki binanın uçması nəticəsində xilasetmə işləri dayandırılıb.
“Başqa tələbələrin hamısı ilə əlaqə saxlanılıb”, – deyən R.Məmmədovun sözlərinə görə, bir nəfər istisna olmaqla başqa pis xəbər yoxdur.












