“Anadolu Qartalı-2021”: Aviasiyamız hədəfləri məhv etdi

“Anadolu Qartalı-2021”: Aviasiyamız hədəfləri məhv etdi

Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimləri başlayıb.

Müdafiə Nazirliyindən NOCOMMENT.az-a verilən məlumata görə, təlimin ilkin mərhələsində Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq yer hədəflərinin məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Təlim iyulun 3-dək davam edəcək.