Araik Xankəndidə mətbuat konfransı keçirəcək

Araik Xankəndidə mətbuat konfransı keçirəcək

Ötən həftədən İrəvanda olan Qarabağ separatçılarının başçısı Araik Arutyunyanın başçılıq etdiyi “nümayəndə heyəti” Xankəndiyə qayıdıb.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bu barədə Araikin “mətbuat katibi” Lusine Avanesyan bildirib.

O qeyd edib ki, yaxın günlərdə Ermənistanın paytaxtında rəsmilərlə keçirilən görüşlərin təfərrüatları Xankəndidəki erməni ictimaiyyətinə təqdim olunacaq.

Sabah Xankəndidə separatçıların “hökuməti” geniş tərkibdə iclas keçirəcək.

“Digər sosial qruplarla da müzakirələr nəzərdə tutulub”, – deyən Avanesyan bildirib ki, Araik Arutyunyanın Qarabağ İctimai Televiziyasına müsahibə vermək təklifini də qəbul edib.

Bütün görüşlərdən və müzakirələrdən sonra Arayik həftənin sonunda ictimaiyyəti narahat edən əsas suallara cavab verəcək.