Azərbaycan öz ərazisinə keçmiş iki Ermənistan vətəndaşını qarşı tərəfə təhvil verib.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Azərbaycan tərəfi saat 23:45-də Ermənistan vətəndaşlarını qarşı tərəfə qaytarıb: “Bunu Ermənistan Milli Təhlükəsizlik Xidməti və Rusiya FTX-nin sərhədçilərinin fəaliyyəti nəticəsində etmək mümkün olub”.
Qeyd edək ki, sentyabrın 18-də Ermənistanın Milli Təhlükəsizlik Xidməti Kotaysk əyalətinin Kasax icmasının iki sakininin Azərbaycan ərazisinə keçməsi barədə məlumat yaymışdı. Ermənistan onların Gorus yolunda azdıqlarını iddia edirdi.










