Baş Qərargah: Rusiya Ukraynanı Xəzərdən vurub

Baş Qərargah: Rusiya Ukraynanı Xəzərdən vurub

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın oktyabrın 10-da səhər saatlarında Ukraynanın dinc şəhərlərində törətdiyi kütləvi terrorla bağlı məlumat açıqlayıb.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, məlumatda bu günə qədər 83 raket atıldığı bildirilib.

Qeyd edilib ki, hücumlar Xəzər dənizindən həyata keçirilib.

Müdafiə nazirinin müavini Anna Malyar teleqram kanalında bu barədə danışıb: “Bu gün saat 06:20-dən 11:15-dək Rusiya Federasiyası Xəzər dənizi regionlarından Kiyev, Lvov, Priluki şəhərlərində Ukrayna ərazisinə raket-raket və hava zərbələri endirib. Xmelnitski, Dnepr, Nijin, Jitomir, Xarkov atəşə məruz qalıb”.