Bu gün ləğv olunmuş İstanbul-Bakı-İstanbul uçuşları bərpa edilib

Bu gün ləğv olunmuş İstanbul-Bakı-İstanbul uçuşları bərpa edilib

İyul ayının çərşənbə və cümə günlərində icra edilməsi planlanan və bu gün ləğv olunan İstanbul-Bakı-İstanbul “Türk Hava Yolları” uçuşları bərpa olunub.

“Türk Hava Yolları”nın Bakı nümayəndəliyindən NOCOMMENT-ə verilən məlumata görə, bilet almış bütün sərnişinlər öz qaydasında ölkələrinə qayıda biləcəklər.

“Yaranmış olan bu narahatlıq səbəbi ilə “Türk Hava Yolları” sərnişinlərdən üzr istəyir”, – deyə bildirilib.

APA