Daha 4 erməni hərbçinin qalıqları tapılıb

Daha 4 erməni hərbçinin qalıqları tapılıb

İşğaldan azad olunmuş ərazilərdə daha 4 erməni hərbçinin qalıqları aşkar olunub.

NOCOMMENT.az xəbər verir ki, “Sputnik Armenia”nın yaydığı məlumata görə qalıqlar Cəbrayıl rayonunda tapılıb.

Hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək.

Bununla da işğaldan azad olunmuş ərazilərdə aparılan axtarış əməliyyatları zamanı tapılmış erməni hərbçi cəsədlərinin sayı 1677-ə çatıb.