ŞOK:  Kompensasiya almaq üçün öz ayağını kəsdi

ŞOK: Kompensasiya almaq üçün öz ayağını kəsdi

Braziliyada kişi 220 min funt sterlinq (təxminən 520 min manat) məbləğində sığorta pulu almaq üçün öz ayağını kəsib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yazıb.

Məlumata görə, hadisə ölkənin şimal-şərqindəki Baiya ştatında baş verib. Yerli federal universitetdə texniki-inzibati köməkçi işləyən kişi 2019-cu ilin yayında 4 sığorta polisi rəsmiləşdirib.

Bir neçə həftə sonra o, oğurlandığını və qarət olunduğunu, hücum edənlərin isə sağ ayağını kəsdiyini bildirib. Kişini Merses kəndi yaxınlığında yaralı vəziyyətdə tapıblar. Kəsilmiş ayağı isə oğurlandığını dediyi əşyalarla birgə bel çantasından tapılıb.

Müalicədən sonra braziliyalı sığorta şirkətlərinə kompensasiya üçün müraciət edib. Lakin böyük məbləğ və müqavilə ilə xəsarət arasında qısa vaxt sığortaçıların və polisin şübhəsinə səbəb olub.

Hüquq-mühafizə orqanları bunun pulları fırıldaq yolu ilə əldə etmək üçün qəsdən hazırlanmış plan olduğunu bildirib. Kişi isə ittihamı rədd edib.

Məhkəmə tibbi ekspertiza rəyləri, sığorta sənədləri, tibbi sübutlar və şahid ifadələrini araşdırdıqdan sonra ittiham hökmünü qüvvədə saxlayıb. O, 2 il həbs cəzasına məhkum edilib. Daha sonra cəza 720 saat ictimai iş və cərimə ilə əvəz olunub.\\oxu.az