İşğaldan azad edilmiş Füzuli rayonu ərazisində daha bir erməni hərbçisinin qalıqları aşkar olunub.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə qondarma ölkənin fövqəladə hallar xidmətinin sözçüsü Unan Tadevosyan məlumat yayıb.
Onun sözlərinə görə, ölən şəxsin kimliyi müayinə nəticəsində müəyyənləşəcək.
Ümumən keçən ilin noyabr ayından bəri Azərbaycan ordusunun nəzarətində olan ərazilərdə aparılan axtarış işləri zamanı 1 584 erməni hərbi qulluqçusunun qalıqları tapılıb.











