Erməni Ombudsman:  Bu bölgənin sakinləri üçün ciddi təhlükə var

Erməni Ombudsman: Bu bölgənin sakinləri üçün ciddi təhlükə var

Ermənistanın Ombudsman Aparatı Azərbaycan-Ermənistan sərhədindəki durumla bağlı ilkin hesabatı ingilis dilində beynəlxalq strukturlara göndərib. Aparatdan hesabatın bir gecəyə hazırlandığı bildirilib.

NOCOMMENT xəbər verir ki, bu barədə Ermənistanın İnsan Hüquqları Müdafiəçisi (HRE) Arman Tatoyan özünün Facebook səhifəsində elan edib.

Քիչ առաջ միջազգային կառույցներին ուղարկեցինք Հայաստանի Հանրապետության Տավուշի մարզի ուղղությամբ հուլիսի 12-ին և 13-ին…

Gepostet von Arman Tatoyan am Montag, 13. Juli 2020

“Hesabat BMT-nin İnsan Haqları Şurasına da göndərilib. Xüsusilə vurğulamaq istəyirəm ki, yalnız “A” beynəlxalq statusu olan milli insan hüquqları təsisatların bu cür hesabat göndərmək imkanı var.

Hesabata öz mənbələrimizdən toplanmış faktlar və xəbərlər daxil edilib.

Ombudsman aparatı Ermənistanın Tavuş bölgəsindəki kəndlərin, o cümlədən Movses kəndinin sakinləri, inzibati strukturlar və Müdafiə Nazirliyi ilə əlaqə saxlamağa davam edir. Ermənistanın bu bölgəsinin sakinlərinin həyatı və sağlamlığı üçün ciddi təhlükə var”, – deyə Ombudsman vurğulayıb.