Erməni xalqının aksiyalara başlayacağı vaxt yaxınlaşır – Saakyan

Erməni xalqının aksiyalara başlayacağı vaxt yaxınlaşır – Saakyan

“Ölkəmiz uğursuzluğa düçar olub, xalqın bir hissəsi elə bilir ki, bu gün var, sabah yoxdur”.

NOCOMMENT.az “Aysor”a istinadla xəbər verir ki, bunu Respublika partiyasının 17-ci qurultayı öncəsi jurnalistlərlə söhbətində partiya şurasının üzvü Qalust Saakyan bildirib.:

“Düşünürük ki, çıxış yolunu tapacağıq ki, dövlətimizi mümkün qədər orta səviyyədə xilas edə bilək, – deyə Saakyan qeyd edib. – Əsgərlərin olduğu, əsgərlərin deputatları o tərəf-bu tərəfə sürüklədiyi, jurnalistlərin oturacaqlarının oğurlandığı parlament parlament deyil”

Ermənistan müxalifətinə gəlincə,Qalust Saakyan deyib:

“Müxalifətin siyasi fəaliyyəti söz və təcrübə ilə bağlıdır. O təcrübə və söz nizamlı vəziyyətdədir, amma bu gün ölkəni yalnız söz xilas edə bilməz, sözlə yanaşı, əməl də lazımdır. Düşünürəm ki, erməni xalqının aksiyalara başlayacağı vaxt yaxınlaşır”.

yenisabah