Hikmət Hacıyev Ermənistana necə gedib? - İrəvan AÇIQLADI

Hikmət Hacıyev Ermənistana necə gedib? - İrəvan AÇIQLADI

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Dilicanda Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyinə dair məsələləri müzakirə ediblər.

NOCOMMENT.az xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurası katibinin ofisi "Armenpress" agentliyinə Hikmət Hacıyevin Ermənistana necə getməsi ilə bağlı açıqlama verib.

Agentliyin "Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Ermənistana necə gəlib?" sualına cavab olaraq ofisdən bildirilib ki, Hikmət Hacıyev və onu müşayiət edən nümayəndə heyəti Ermənistana quru sərhədinin delimitasiya və demarkasiya olunmuş hissəsindən, bütün müvafiq prosedurlardan keçərək daxil olublar.

Qeyd edək ki, səfər çərçivəsində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüş keçirilib və görüş zamanı Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyinə dair məsələlər müzakirə olunub./publika.az/