Bugün Ermənistanın Gümrü şəhərində dövlət xidmətlərini bir məkanda birləşdirən ofisin açılışı olub.
NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, ofisdə Şirak bölgəsində yaşayan ermənilər 110 dövlət xidməti – o cümlədən, Ədliyyə Nazirliyi, polisin pasport-viza idarəsinin, Əmək və Sosial Təminat Nazirliyinin Sosial Təminat Xidməti, Milli Arxiv və s. qurumların xidmətini bir məkanda birləşdirir.
Dövlət xidmətlərini bir mərkəzdə birləşdirəcək sistemin qurulmasına ötən ildən başlanılıb. Məqsəd vətəndaşların öz problem və ehtiyaclarını həll etmək üçün bir qurumdan digərinə getmədən, vaxt itirmədən bir mərkəzdə həll etməsindən ibarətdir.
Xatırladaq ki, konsepsiya və stuktur baxımından Ermənistanda fəaliyyət göstərən dövlət xidmətlərinin birgə ofisi Azərbaycanda hələ 2012-ci ilin iyulunda yaradılmış “ASAN xidmət”lə eynilik təşkil edir.











