Ermənistan ordusunda cinayətlərin sayı kəskin artıb

Ermənistan ordusunda cinayətlərin sayı kəskin artıb

Son bir il yarım ərzində Ermənistan ordusunda zabitlərin törətdikləri cinayətlərin sayı kəskin artıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.

2020-ci il ərzində Ermənistan Silahlı Qüvvələrinin zabitləri tərəfindən 277 cinayət hadisəsi, 2021-ci ilin 6 ayı ərzində 140 hadisə qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə qeydə alınan cinayətlərin sayı 176, 2018-ci ildə isə 263 olub.

Başqa sözlə, 2019-cu ildə əvvəlki ilə nisbətən zabitlər tərəfindən törədilən cinayətlərin sayı kəskin azalıbsa, 2020-ci ildə bu rəqəm 2019-cu illə müqayisədə 57,3% artıb.
Modern