Ermənistan polisinin keçmiş mətbuat katibi saxlanılıb

Ermənistan polisinin keçmiş mətbuat katibi saxlanılıb

Ermənistan polisinin mətbuat xidmətinin keçmiş rəhbəri, eks-prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” müxalifət blokunun üzvü, polis polkovniki Sayat Şirinyan saxlanılıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Benik Qaltsyan məlumat verib.

“Təxminən 30 dəqiqə əvvəl maskalı şəxslər Sayat Şirinyanı evindən çıxarıblar”, – deyə o, feysbuk səhifəsində yazıb.

Saxlanmanın səbəbləri hələlik məlum deyil.